Dostık-Moyıntı dəmir yolunun ikinci xətti istifadəyə verilib

Qazaxıstanda bu gün Prezident Kasım-Jomart Tokayevin iştirakı ilə Dostık-Moyıntı dəmir yolunun ikinci xətti istifadəyə verilib. Avtosfer.az bu barədə "Report"a istinadən xəbər verir.
"Biz Dostık – Moyıntı dəmir yolunun ikinci xəttinin rəsmi açılışının şahidi oluruq. Bu, həqiqətən də son dərəcə vacib infrastruktur layihəsidir. Şübhəsiz ki, bu, Qazaxıstanın nəqliyyat-logistika sisteminin inkişafına və səmərəliliyinin artırılmasına xüsusi təkan verəcək", - K.Tokayev bildirib.
O qeyd edib ki, Dostık – Moyıntı dəmir yolunun yeni hissəsi yük daşımalarının həcmini 5 dəfə artırmağa imkan verəcək: "Bu layihə ixrac mallarının çatdırılma müddətini azaldacaq. Tanzit potensialı güclənəcək".
K.Tokayev vurğulayıb ki, bu gün Qazaxıstan Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrilib.
Dövlət başçısı əlavə edib ki, gələcəkdə ölkədə 5 min kilometr dəmir yolunun tikintisi və 11 min kilometr dəmir yolunun təmiri həyata keçiriləcək.
"Hazırda Moyıntı – Kızıljar dəmir yolunun tikintisi üzrə iş aparılır. Kızıljar stansiyasından Aktau limanına qədər sahələr modernləşdiriləcək. Bu marşrut Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas hissəsidir. Bütün bu tədbirlər Avropa və Asiya arasındakı əlaqələri gücləndirəcək. Orta Dəhlizin dinamik inkişafına güclü təkan verəcək", - K.Tokayev əlavə edib.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












