Ekspert etibarnamənin ləğvini istəyir – TƏKLİF

Xəbər verdiyimiz kimi Azərbaycanda avtomobillər üçün etibarnamə telefonla veriləcək. Bu yenilik smartfonlarda mümkün olacaq. Belə ki, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər. Yenilik müsbət qarşılansa da, ekspertlər ümumiyyətlə etibarnamənin mövcudluğunu qəbul etmir.
Bununla bağlı ABC.AZ saytına danışan ekspert Xəyal Məmmədxanlı dünyanı misal çəkərək əksər ölkələrdə etibarnamənin olmadığını qeyd etdi.
Etibarnamənin mövcudluğunu qəbul eməyən ekspert Azərbaycanda onun hələ də tətbiqinin səbəbini də izah etdi: “Etibarnamənin olmadığı ölkələrdə düşünürlər ki, əgər idarə edilən avtomobilin qaçırılması və ya oğurlanması ilə bağlı hər hansı bir şikayət yoxdursa, deməli şəxs maşını onun sahibinin icazəsi ilə idarə edir. Bunun üçün avtomobilin texniki pasportunun, sığortasının və onu idarə edən şəxsin sürücülük vəsiqəsinin olması kifayətdir. Düşünürəm ki, bu bizdə də belə olmalıdır. Lakin, bizdə etibarnamənin hələ də qalmasının bir neçə səbəbi var. Bunlardan biri cərimənin kimə yazılması məsələsidir. Bir çox hallarda avtomobilə cərimə gəlir və onu kimin idarə etdiyini aydınlaşdırmaq üçün etibarnamə lazım gəlir. Hesab edirəm ki, bu da prinsipial əhəmiyyət daşımır. Əgər şəxs avtomobilini kiməsə etibar edirsə, sürücünü müəyyənləşdirmək mümkün olmazsa, cərimə avtomobilin sahibinə yazıla bilər. Sahibi də müəyyən müddət ərzində avtomobili həmin anda kimin idarə etməsi barədə məlumat verə bilər. Məlumat verməzsə, cəriməni ödəmək məcburiyyətində qalması normaldır. Bizdə bu kimi məsələlərin həllinə mane olan digər məsələ isə şəxslərin qeydiyyatda olduğu yer üzrə yaşamamalarıdır. Bu bir çox sahələrdə problemlər yaradır. Lakin, hal-hazırda bu istiqamətdə xeyli işlər görülüb. Hətta yeni nəsil şəxsiyyət vəsiqələrində şəxsin həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvanlar üzrə məlumatlar öz əksini tapır. Nəticə olaraq, düşünürəm ki, etibarnamələrə ümumiyyətlə ehtiyac olmamalıdır və bunun aradan qaldırılması üçün bir neçə innovativ addımın atılması kifayətdir. Yaradılacaq bir sayt və ya mobil aplikasiya üzərində şəxs öz məlumatlarını və ona məxsus olan avtomobillərin məlumatlarını daxil edir, məlumatlar müvafiq dövlət qurumları tərəfindən verifikasiya edilir. Bu verifikasiyadan sonra telefonla nəinki maşınlara etibarnamənin verilməsi, hətta onların alqı-satqısı da mümkün ola bilər””.
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI












