Gəncə-Kəlbəcər-Laçın yolunda təmir işlərinə başlanıldı - FOTOLAR

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması uğurla davam etdirilir. Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38.4 m-lik Gəncə-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 mərhələ üzrə həyata keçirilir. 1-ci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi artıq yenidən qurulub. 2-ci mərhələ üzrə isə hazırda 21.5 km-lik Yeni Zod-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması işlərinə start verilib.
Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol əsası və yol geyimi deformasiyaya uğramış, yolda çalalar və çökmələr əmələ gəlmiş, en və uzunluq profilləri pozulmuş, çiyinlər çökmüş və atmosfer yağıntılarından yuyulmuşdur. Göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün yolun III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır.
Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü sökülüb, sökülmüş hissələrdə həmçinin zəruri digər ərazilərdə torpaq işləri görülüb, yeni yol yatağı inşa olunub. Hazırda yol əsasının 2 lay olaraq inşası, yol əsası hazır olan hissələrin isə 3 laydan ibarət asfalt-betonla örtülməsi işləri görülür.
Mövcud boruların bəzilərinin özü, bəzilərinin isə başlıqları yararsız olduğu üçün müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü borular quraşdırılır. Bundan başqa 5 nöqtədə düzbucaqlı su keçidləri inşa olunur, 30 metr uzunluğunda 1 mövcud körpü isə əsaslı şəkildə təmir edilir.
Layihəyə uyğun olaraq sürüşmə ehtimalı olan ərazilərdə və zəruri olan digər yerlərdə istinad divarları bərpa edilir, küvet hissələr, həmçinin hərəkətin təhlükəsizliyi üçün monolit dəmir betondan parapetlər tökülür.
Tikinti layihəsinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, km göstəricisi quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yol boyu yerləşən yaşayış məntəqələrinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə hərəkət etməsinə imkan yaratmaqla dağ turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsi və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq























