İcra başçısı yeni sektor müdirləri təyin etdi - FOTO

Balakən Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.
Avtosfer.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb.
Belə ki, icra başçısının əmri ilə Hacı Muradov Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, eləcə də Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun isə müdiri vəzifəsinə təyin edilib.
Digər əmrlə Asif Məmmədov Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.
Qeyd edək ki, A.Məmmədov bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi, H.Muradov isə İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyib. Vətən müharibəsi qazisi olan H.Muradov Azərbaycan Prezidentinin Sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" medalları, Nazirlər Kabinetinin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.

Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












