Köhnə monitorlar işə yaramadı, indi yeni mərhələ başlayır - Avtobusları izləmək mümkün olacaq

Bakıda ictimai nəqliyyat sistemində yenilik gözlənilir. Sərnişinlər yaxın zamanda avtobusların hərəkətini onlayn izləyə biləcəklər. Bu, illər əvvəl Nəqliyyat Nazirliyi və Bakı Nəqliyyat Agentliyi tərəfindən qurulmağa cəhd edilən, lakin işlək vəziyyətə gətirilməyən sistemin yeni mərhələsi hesab olunur.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, illər əvvəl oxşar sistemin tətbiqi cəhdləri uğurlu alınmamışdı:
“Keçmiş Nəqliyyat Nazirliyi vaxtilə dayanacaqlarda monitorlar quraşdırmışdı. Lakin onlar işlək vəziyyətdə deyildi, çünki gətirilən cihazlar köhnə və işlənmiş idi. Daha sonra Bakı Nəqliyyat Agentliyi də həmin sistemi bərpa edə bilmədi, nəticədə o, sadəcə tör-töküntü kimi qaldı və özünü doğrultmadı”, – deyə ekspert bildirib.
Elməddin Muradlının sözlərinə görə, indi tamamilə yeni mərhələ başlayır:
“Bu dəfə sistem mobil tətbiq üzərindən qurulacaq. Artıq bir çox platformalarda olduğu kimi, sərnişinlər də avtobusların hərəkətini onlayn izləyə biləcəklər. Məsələn, siz Elmlər Akademiyasından çıxıb Buzovnaya getmək istəyirsinizsə, proqramda istiqaməti qeyd etdikdə, o, sizə bütün variantları göstərəcək. Hətta avtobusun dayanacağa nə qədər vaxtda çatacağını da izləmək mümkün olacaq. Bu da sərnişinlər üçün vaxt itkisini minimuma endirəcək”.(missiya.az)
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85 faizi yekunlaşıb – EKSPERT - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI












