Metro istifadəçiləri üçün xoş xəbər: yeni imkanlar təqdim olunur

"Bakı metrosunda bənövşəyi xətt inkişaf edəcək. Bu gün həmin xətt üzrə metronun bütün sərnişinlərinin cəmi 3 faizi daşınır. Ona görə bənövşəyi xəttin inkişaf etdirilməsi olduqca vacibdir.
Avtosfer.az-ın məlumatına görə, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bu xətt şəhərin şimal qapısı olduğu üçün həmin istiqamətdə əlavə 6 stansiya inşa olunacaq:
"Hazırda şərti adı "B4" olan stansiya inşa olunur. Bu stansiya Heydər Əliyev adına İdman Konsert Kompleksinin arxasında yerləşir. Gələn ilin sonuna qədər bu stansiya təhvil veriləcək. Növbəti stansiya "Nizami" stansiyasının yaxınlığında olacaq. və bura keçid funsiyası daşıyacaq. Yəni Sumqayıtdan gələn şərti bir sərnişin "Avtovağzal" stansiyasından qatara minərsə, yerin üstünə çıxmadan metro ilə "Nizami" stansiyasına keçid edərək "Elmlər Akademiyası", "Dərnəgül" istiqamətində rahat hərəkət edəcək. Eyni zamanda "Sahil" yaxınlığında keçid funksiyalı bir stansiya olacaq və Sumqayıtdan gələnd sərnişin "Əhmədli" istiqamətində də hərəkət edə biləcək".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












