Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni stansiyalar...

"2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır".
Avtosfer.az xəbər verir ki, bu barədə baku.ws-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd edilib ki, bu stansiyalardan 6-sı Bənövşəyi, 4-ü isə Yaşıl xətt üzərində yerləşəcək:
"Bu stansiyalardan birinin inşası 2026-cı ildə tamamlanacaq. Cəlil Məmmədquluzadə küçəsində yerləşən layihə adı "B-04" olan stansiyanın inşasının son mərhələsi davam etdirilir. Tikintinin norma və qaydalarına uyğun olaraq, hazırda son keçidlər və stansiyadaxili xidməti zonalar inşa olunur və tamamlama işlərinə hazırlıq görülür. Eyni zamanda infrastrukturun qurulması işləri də aparılır. Bu xüsusda bu stansiyanı "8 Noyabr" stansiya ilə birləşdirən tunellərdə yol infrastrukturu qurulub, stansiyadaxili eskalatorlar quraşdırılıb, havalandırma, yanğınsöndürmə, videomüşahidə sistemlərinin, elektrik yarımstansiyasının quraşdırılması işləri aparılır.
Digər 9 stansiyanın layihələndirmə işləri də yekunlaşmaq üzrədir. İl ərzində hər iki xətt üzrə stansiyaların inşasına qanunvericiliyin tələbinə uyğun prosedurlar yekunlaşdırılmaqla başlanması nəzərdə tutulub. Stansiyalara adların verilməsi "Bakı Metropoliteni" QSC-nin səlahiyyətində deyil. Bənövşəyi xətt üzrə "Nizami", "Sahil" və "Xətai" stansiyalarına keçid funksiyası daşıyan stansiyalar adları çəkilən stansiyaların yaxınlığında yerləşəcək. Bu xətt üzrə daha bir stansiya Mərkəzi Neftçilər Xəstəxanasının, digəri isə Babək prospektində "Ağ şəhər" layihəsi ərazisində olacaq.
Yaşıl xətt üzrə "Xətai" stansiyasından sonra Qırmızı xəttin mövcud "Həzi Aslanov" stansiyasına keçid funksiyası daşıyacaq "Y-17" ("Həzi Aslanov-2" kimi tanınan) stansiyası da daxil olmaqla daha 3 stansiya inşa olunacaq. Bu stansiyalar Nizami Gəncəvi parkının yaxınlığında, digəri 8 Noyabr prospekti və Süleyman Əhmədov küçələrinin kəsişməsində, digəri isə Bakı Avtomobil Zavodunun da yerləşdiyi ("Nargilə" kafesinin yaxınlığı) ərazinin yaxınlığında inşa ediləcək".
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












