Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

Azərbaycanda moped sürən şəxslər üçün yeni tələblər müəyyənləşdirilir.
Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər müzakirə olunub və sənəd III oxunuşda qəbul edilib.
Avtosfer.az xəbər verir ki, dəyişikliklərin əsas məqsədi mopedlərin istismarı ilə bağlı qaydaları daha da dəqiqləşdirmək, bu nəqliyyat vasitələrini idarə edən şəxslərin bilik və bacarıqlarını artırmaq və ümumilikdə yol hərəkəti təhlükəsizliyini gücləndirməkdir.
Qanun layihəsində ən vacib yeniliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının məcburi tələb edilməsidir. Bu addım moped sürücülərinin müəyyən hazırlıq səviyyəsinə malik olmalarını təmin edəcək və yol təhlükəsizliyinə müsbət təsir göstərəcək.
Sənədə əsasən, moped nəqliyyat vasitəsinin anlayışı daha dəqiq təsbit edilir, mopedlərin dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. Eyni zamanda, mopedlər üçün əvvəl tətbiq edilən yalnız yolun sağ kənarı ilə hərəkət etmə tələbi ləğv olunur.
Qanun layihəsində həmçinin motosiklet və mopedlərin uzunluq və eni üzrə qabaritlərindən 0,5 metrdən artıq çıxan və ya idarəetməyə mane ola biləcək yüklərin daşınması qadağan edilir.
Yeni tənzimləmələrin yaxın vaxtlarda qüvvəyə minəcəyi gözlənilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












