Naxçıvana gedənlərin NƏZƏRİNƏ: Yeni nəqliyyat marşrutu açılır

Araz çayı üzərində inşa olunan Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin mart ayına qədər başa çatdırılması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, Azərbaycana səfər edən İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə jurnalistlərə açıqlamasında bildirib ki, körpünün tikintisinin Novruz bayramına qədər tamamlanması nəzərdə tutulur.
İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, Ağbənd-Kəlalə körpüsü Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Araz dəhlizinin ən mühüm halqalarından biridir. Körpü, eyni zamanda, regional nəqliyyat xəritəsində də strateji əhəmiyyət daşıyır.
E.Əmirov qeyd edib ki, bu körpü Şərqi Zəngəzur iqtisadi rayonunun xarici bazarlara çıxışını asanlaşdırır. Bundan əlavə, məsafənin hesablanacağı marşrutdan asılı olaraq yolun 60-100 kilometrədək qısalması kənd təsərrüfatı məhsulları və gündəlik istehlak mallarının daşınma xərclərini azalda, nəticədə qiymətlərin ucuzlaşmasına təsir göstərə bilər.
İqtisadçı bildirib ki, körpü Orta Dəhlizin bir qolu kimi Çindən Avropaya daşınan yüklər üçün yeni imkanlar açır. Eyni zamanda, Azərbaycanın öz eksklavı olan Naxçıvanla birbaşa, fasiləsiz və təhlükəsiz quru əlaqəsini təmin edir. Yolların dördzolaqlı olması isə böyükhəcmli beynəlxalq yükdaşımaların sürətli və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












