Nərimanov rayonunda bu yolda dəyişiklik ediləcək – BAKIDA TIXAC DÖVRÜ BİTİR? - VİDEO

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlərlə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi (DEEA) tərəfindən ictimai dinləmələr keçirilib. Dinləmələrdə bir sıra dövlət qurumlarından nümayəndələr, həmçinin mütəxəssislər və media nümayəndələri iştirak edib.
Avtosfer.az xəbər verir ki, tədbiri giriş nitqi ilə Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qənbərov açıb. O bildirib ki, dövlət proqramı çərçivəsində paytaxtın nəqliyyat infrastrukturunda bir sıra dəyişikliklər planlaşdırılır və bunun üçün bütün təkliflər dəyərləndirilir.
.jpg)
Bununla yanaşı, gələcəkdə həll edilməsi nəzərdə tutulan bir sıra məsələlər var. Bunlardan biri də Akademik Həsən Əliyev küçəsində - Müzəffər Nərimanov küçəsinə qədər olan əraziyə ümumilikdə 1 650 ağacın köçürülməsi planlaşdırılır.
Mirsalam Qənbərov bildirib ki, həmin ağaclardan 586-sı "Ulduz" metrosundan "Keşlə bazarı"na kimi (2 km) ərazidən köçürüləcək. Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasının ərazisində 74, "Keşlə bazarı"nın qarşısında olan restoranın ərazisində 170, Əliyar Əliyev küçəsindən Akademik Həsən Əliyev küçəsinin başlanğıcına qədər 820 ağac köçürüləcək. Bakıda tıxacların qarşısının alınması, insanların rahat hərəkəti əsas məqsədlərdəndir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Nəqliyyat və Mühəndis Təminatı şöbəsinin müdir müavini Çingiz Rəhimov deyib ki, paytaxtın Nərimanov rayonu ərazisinə düşən Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən Xaliq Abbasov və Ələsgər Qayıbov küçələrində tezliklə yaşıllıqların salınacağını qeyd edib.

Nəqliyyat eksperti Elməddin Muradlı paytaxtın bir sıra küçə və prospektlərində avtomobillər yollarının kənarındakı ağaclara uzun müddət qulluğ edilməməsi səbəbilə, belə yaşıllıqların nəqliyyat vasitələrinə zərər vurduğunu deyib.
“Hətta son illərdə ölkəyə gətirilən avtobusların üzərində onların funksiyalarına aid mexanizmlər yerləşdirilib. Vaxtaşırı budanmayan ağaclar bu mexanizmləri sıradan çıxara bildiyi üçün dövlətə də, şirkət və vətəndaşlara da ziyan vurur. Bundan başqa, bəzi küçələrdə ağac və kolların yolu, eləcə də yol nişanını görməyə maneə yaratması da sürücülərin qəza törətməsinə səbəb olan məsələlərdəndir,” –deyə ekspert bildirib.

Tədbirin sonunda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov qeyd edib ki, “Keşlə” bazarı və akademiya ərazisindəki ağacların köçürülməsi ilə bağlı rəy artıq hazırdır. Ağacların köçürüləcəyi ərazilər müəyyənləşdirildikdən sonra rəy müvafiq rayon icra hakimiyyətinə göndəriləcək. Əgər yol çəkilməsindən danışırıqsa, ağaclar daşınmalı, ekoloji normalar, təmizlik nəzərə alınmalıdır. Bütün qurumlar bu istiqamətdə bir-biri ilə sıx əlaqədə işləməlidir.
Səfər
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










