Qarabağda yenidən qurulan kənddə velosiped zolağı çəkilib - FOTO

Dünən Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinə səfər edib. Dövlət başçısı kənddə aparılan geniş bərpa və yenidənqurma işləri ilə tanış olub, bir sıra sosial və infrastruktur obyektlərinin açılışında iştirak edib.
Avtosfer.az xəbər verir ki, səfər zamanı diqqət çəkən yeniliklərdən biri Horovlu kəndində yaradılan velosiped zolaqları olub. Kəndin əsas yollarında salınan bu zolaqlar həm təhlükəsiz hərəkəti təmin edir, həm də ətraf mühitin qorunmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edir.
Velosiped zolaqları xüsusi nişanlarla və rəngli örtüklə fərqləndirilərək həm piyada, həm də nəqliyyat axınından ayrı şəkildə təşkil olunub. Bu, bölgədə nəqliyyatın təhlükəsizliyinin artırılması baxımından da mühüm addımdır.
Qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yol və nəqliyyat infrastrukturunun bərpasına və müasir tələblərə uyğun şəkildə qurulmasına xüsusi önəm verir. Horovlu kəndindəki bu velosiped zolaqları da həmin istiqamətdə həyata keçirilən layihələrin bir hissəsidir.
Eltac Zülfüqaroğlu
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















