Qərar verildi: Təhsil sahəsində YENİ TƏYİNAT - FOTO

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub.
Avtosfer.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, Şaban Cəərçiyev oktyabrın 12-dən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.
Şaban Cəərçiyev 2008-ci ildə Azərbaycan Texniki Universitetində “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması”, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisasları üzrə bakalavriat təhsili alıb.
O, əmək fəaliyyətinə 2016-cı ildə “Məktəblinin dostu” layihəsinin koordinatoru kimi başlayıb. 2021-ci ildə Bakı Kompüter Peşə Liseyinin direktoru vəzifəsinə təyin olunub.
2023-cü ildə struktur dəyişikliyi ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə keçirilib. 2024-cü ildən isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışıb.

İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












