Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) yeni təyinat olub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Ramazan Nəbiyev AQTİ-nin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Ramazan Nəbiyev bu təyinata qədər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. O, 2018-2024-cü illərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində müxtəlif vəzifələrdə, o cümlədən İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2024-cü ilin sentyabrından isə AQTİ-də sədr müavini idi.
Xatırladaq ki, ölkə başçısının 6 iyul 2026-cı il tarixli Sərəncamına əsasən, Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini təyin edilib. Daha əvvəl isə Ə.Nəbiyev 2023-2026-cı illərdə Agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Ramazan Əli oğlu Nəbiyev 2 may 1987-ci ildə Ağdaş rayonunda anadan olub.
Ali təhsilini Türkiyə Respublikasının Ankara Universitetində "Qida mühəndisliyi" ixtisası üzrə bakalavr, ADA Universitetində isə Biznesin təşkili və idarə edilməsi (MBA) ixtisası üzrə magistr pilləsində alıb.
Əmək fəaliyyətinə özəl sektorda başlayıb. 2013-2018-ci illərdə qida mühəndisi və texnoloq vəzifələrində çalışıb.
2018-2024-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, İdxal və ixraca nəzarət şöbəsinin, eləcə də Qida təhlükəsizliyi şöbəsinin müdiri vəzifələrində işləyib.
2024-2026-cı illərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini olub.
2026-cı il iyulun 15-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Ramazan Nəbiyev ingilis dilini bilir.
Ailəlidir, bir övladı var./oxu.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












