Şagirdlərin və sərnişinlərin yoldan təhlükəsiz keçidi təmin edildi – NİİM-dən YENİLİK – VİDEO

Paytaxtın müxtəlif ərazilərində piyadaların və sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni svetoforlar quraşdırılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Nazim İsmayılov və Murad Nağıyev küçələrinin kəsişməsində xaotik vəziyyətin aradan qaldırılması üçün nəqliyyat və piyada svetoforları quraşdırılıb, yolda nişanlanma işləri aparılıb. Bununla da həm sürücülərin, həm də 271 nömrəli məktəbin şagirdlərinin təhlükəsizliyi təmin olunub.
Bundan əlavə, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi ilə İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsində də yeni piyada svetoforu istifadəyə verilib. “Azadlıq” metro stansiyasının yaxınlığında yerləşən keçiddə qurulan svetofor piyadaların sıx hərəkəti zamanı qəza riskini minimuma endirib.
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB massivində, Abbas Fətullayev küçəsində isə düyməli piyada svetoforu quraşdırılaraq istifadəyə verilib.
Qeyd edək ki, Əjdər Məlikov küçəsi ilə Xəzər bağları yaşayış kompleksinin kəsişməsində də yeni svetofor quraşdırılıb.
Mərkəzdən bildirilib ki, görülən tədbirlər piyadaların təhlükəsizliyinin artırılmasına və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












