Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO

Paytaxtın mərkəzi küçələrində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün müxtəlif infrastruktur layihələri həyata keçirilsə də, şəhərətrafı ərazilərdə bəzi problemlər hələ də qalmaqdadır.
Avtosfer.az xəbər verir ki, bununla bağlı "Bakı Gündəliyi" səhifəsinin paylaşdığı fotolar müzakirələrə səbəb olub.
Paylaşılan görüntülərdən biri Zabrat–Kürdəxanı yolunda, Əjdər Məlikov küçəsində qeydə alınıb. Fotodan görünür ki, ərazidə avtobus dayanacağı mövcud olsa da, sərnişinlərin yağışdan və günəşdən qorunması üçün dayanacaq pavilyonu quraşdırılmayıb. Bundan başqa, piyada keçidi dayanacaqdan müəyyən məsafədə yerləşir. Ərazidə işıqforun olmaması səbəbindən isə sürücülərin bir çoxunun piyadalara yol vermədiyi bildirilir ki, bu da təhlükəli vəziyyət yaradır.
Digər görüntü isə Salyan şosesində, Bakı Baş Gömrük İdarəsinin qarşısında lentə alınıb. Burada avtobus dayanacağı fəaliyyət göstərsə də, yolun ayırıcı zolağında metal baryer quraşdırılıb. Bu isə avtobusdan düşən sərnişinlərin yolu təhlükəsiz şəkildə necə keçəcəyi ilə bağlı suallar yaradır. Ərazidə yerüstü və ya yeraltı piyada keçidinin olub-olmaması, eləcə də piyadaların təhlükəsiz hərəkəti üçün lazımi şəraitin təmin edilməsi məsələsi diqqət çəkir.
Mütəxəssislər bildirirlər ki, avtobus dayanacaqlarının yerləşdirilməsi zamanı piyadaların təhlükəsizliyi əsas meyarlardan biri olmalıdır. Dayanacaq, piyada keçidi və digər yol infrastrukturu elementləri bir-biri ilə uyğun şəkildə layihələndirilmədikdə, bu cür problemlər qaçılmaz olur.
Eltac Zülfüqaroğlu


Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












