Səhiyyə nazirinə yeni müavin təyin olundu - FOTO

Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinə yeni müavin təyin olub.
Avtosfer.az Plat.az-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 28-də muxtar respublikanın Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan MR Səhiyyə nazirin müavini vəzifəsinə gətirilib.
O, son təyinata qədər Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, B.İsmayılov əmək fəaliyyətinin ilk dövründə yerli icra hakimiyyəti orqanı və Naxçıvan MR Ali Məclisində çalışıb. O, müxtəlif illərdə muxtar respublikanın Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.

Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












