Sürücülərdən alınan bu cərimələr geri qaytarılır - Bu halda

Nazirlər Kabineti nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın hansı hallarda və necə geri qaytarılacağını müəyyən edən yeni qaydanı təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, sənəd 2026-cı il 27 iyul tarixli 240 nömrəli qərarla qəbul edilib.
Yeni qaydaya əsasən, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta üzrə icraata xitam verildikdə və ya inzibati tənbeh haqqında qərardan verilmiş şikayət təmin edildikdə, sürücünün duracaq üçün ödədiyi məbləğ geri qaytarılacaq.
Bununla yanaşı, qərarda istisna da nəzərdə tutulub. Belə ki, sürücüyə icraata xitam verilməsi və ya şikayətin təmin edilməsi barədə rəsmi məlumat çatdırıldıqdan sonra avtomobil duracaqda qalmağa davam edərsə, həmin müddət üçün hesablanan ödəniş geri ödənilməyəcək.
Ödənişin geri alınması üçün nəqliyyat vasitəsinin sahibi inzibati xəta haqqında protokolu və ya inzibati tənbeh barədə qərarı qəbul etmiş orqana müəyyən edilmiş formada ərizə təqdim etməlidir. Ərizədə müraciət edən şəxsin məlumatları, protokol və ya qərarın tarixi və nömrəsi, ödənilmiş məbləğ, ödəniş tarixi, bank rekvizitləri, həmçinin ərizənin tarixi və imzası göstərilməlidir.
Qaydaya əsasən, səlahiyyətli orqan ərizəyə 15 iş günü ərzində baxmalıdır. Araşdırma nəticəsində ödənişin qaytarılması üçün əsasların olduğu müəyyən edilərsə, vəsait 10 iş günü ərzində nağdsız qaydada müraciət edənin bank hesabına köçürüləcək.
Əgər araşdırma zamanı ödənişin qaytarılması üçün hüquqi əsasın olmadığı müəyyən edilərsə, bu barədə əsaslandırılmış qərar qəbul ediləcək və müraciət edən şəxsə 5 iş günü ərzində yazılı məlumat veriləcək. Həmin qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək mümkün olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












