Sürücülərin sürət həddi ilə bağlı düşüncə tərzi necə formalaşıb? – ARAŞDIRMA - FOTO

Şəhər yollarında sürət həddinə əməl olunmaması ilə bağlı mühüm məqamlar gündəmə gətirilib.
Avtosfer.az xəbər verir ki, kağız üzərində müəyyən edilən sürət limitləri ilə real küçə şəraitində müşahidə olunan sürətlər arasında ciddi fərq mövcuddur. Yayılan məlumata görə, rəsmi olaraq 60 km/saat icazə verilən yolda sürücülər bunu çox vaxt 70 km/saat kimi qəbul edir, eyni tendensiya digər sürət hədlərində də müşahidə olunur.
Bu vəziyyət təsadüfi deyil və “+20 km/saat” cəriməsiz hədd sürücülərin davranışına birbaşa təsir göstərir. Nəticədə faktiki sürət məhdudiyyətləri kağız üzərində qalsa da, real şəraitdə daha yüksək sürətlə hərəkət normaya çevrilir.
.jpg)
Bunun bir sıra mənfi nəticələri var. Belə ki, küçələrdə real sürət layihələndirilmiş sürətdən xeyli yüksək olur, piyadalar və velosiped istifadəçiləri üçün risk artır, eyni zamanda qəza zamanı ölüm ehtimalı kəskin yüksəlir. Aparılan araşdırmalar göstərir ki, sürətin hətta bir neçə km/saat artması belə ağır nəticələrin başvermə ehtimalını ciddi şəkildə artırır.
Problemin əsas səbəbi yalnız texniki deyil, həm də davranış və yanaşma ilə bağlıdır. Belə ki, qaydalarda göstərilən sürət həddi ilə küçədə faktiki sürət üst-üstə düşmür, “cəriməsiz hədd” isə sürücülər üçün yeni norma formalaşdırır. Nəticədə ictimai qəbul edilən davranış qanunlardan daha güclü təsir göstərir.
Mütəxəssislər çıxış yolu kimi bir neçə vacib məqamı önə çəkir. Sürət limitləri real şəkildə tətbiq olunmalı, küçələrin dizaynı sürəti fiziki olaraq məhdudlaşdırmalıdır. Bu məqsədlə zolaqların daraldılması, vizual elementlərin artırılması, təhlükəsizlik adacıqlarının qurulması və nizamlanan işıqforların tətbiqi kimi həllər genişləndirilməlidir. Eyni zamanda qayda pozuntularının “normal” davranış kimi qəbul edilməsinin qarşısı alınmalıdır.
Şəhər mühitində təhlükəsizlik təsadüfi deyil, bu, cəmiyyətin verdiyi qərarların nəticəsidir. İnsan həyatı prioritet hesab olunursa, sürətə münasibət də bu prinsipə uyğun şəkildə dəyişməlidir.
Eltac Zülfüqaroğlu
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq












