Sürücülük hüququnun müddəti neçə il olmalıdır? - Avropda və Azərbaycanda fərqli YANAŞMA

Avropada əhalinin sürətlə yaşlanması sürücülük hüququnun müddəti ilə bağlı məsələnin aktuallaşmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, Avropa İttifaqı ölkələrində sürücülük hüququ ilə bağlı yaş senzi müəyyən edilməyib. Lakin bütün ölkələrdə yaşlı sürücülər üçün tibbi müayinə məcburidir.
Məsələn, İspaniyada 65, Danimarkada 70, İtaliya və Niderlandda isə 75 yaşdan sonra sürücülər hər 5 ildə 1 dəfə həkim müayinəsindən keçməklə sürməyə davam edə bilərlər. Lakin komissiyadan keçmək 5 il arxayın sürmək anlamına gəlmir. Bir çox ölkədə vahid məlumat bazası olduğu üçün əhalinin tibbi müayinəsi zamanı əldə edilən nəticələr bazaya yüklənir. Polisin də bu bazaya çıxışı olduğundan məlumatlar periodik yoxlanılır. Məsələn, hesab edək ki, 75 yaşlı sürücü tibbi müayinədən uğurla keçdikdən 1 ay sonra infarkt keçirib, yaxud eşitmə qabiliyyəti zəifləyib. Bu zaman polis sözügedən vətəndaşın sürücülük vəsiqəsini əlavə tibbi komissiya olmadan ləğv edir.
İndi isə Avropa Komissiyası vahid sistem yaratmaq istəyir: yəni, yaşlı sürücülər üçün müayinələri intensivləşdirmək və bütün ölkələrdə eyni yaş senzinin qoyulması tələb edilir.
Komissiya ekspertlərinin Aİ-yə üzv ölkələrdə apardığı araşdırma maraqlı faktı aşkara çıxarıb. Məlum olub ki, yaşlı sürücülər cavanlara nisbətən daha az qəza törədirlər. Bunun da səbəbi onların sürət limitinə daha ciddi əməl etməsi, yola çıxarkən spirtli içki qəbul etməməsi gecə vaxtı və ya əlverişsiz havada yola az çıxmalarıdır. Bundan başqa, yaşlı sürücülər uzaq yola çıxdıqda saatlarla sükan arxasında oturmur, daha tez-tez fasilə verirlər. Sonuncu amil sürücünün diqqətini toplamasına imkan verir.
Maraqlı budur ki, Avropada yaşlı sürücülərin əməl etdikləri qaydaları Azərbaycanda yol polisi demək olar hər ay xatırladır. Başqa sözlə, DYP-nin tövsiyələri ilə avropalı qocaların davranışı üst-üstə düşür. Nəticədə ağır qəzaların sayı azalır.
Vüqar
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












