Svetoforlarda ağ işıq Azərbaycanda da tətbiq edilə bilər? – Ekspertdən AÇIQLAMA

Son illər dünyanın bir sıra ölkələrində yol hərəkətinin təşkili ilə bağlı yeni yanaşmalar müzakirə olunur.
Avtosfer.az xəbər verir ki, xüsusilə iri şəhərlərdə nəqliyyat axınının artması, mikromobillik vasitələrinin, elektrikli skuter və velosipedlərin – geniş yayılması işıqfor sistemlərinin də yenilənməsini gündəmə gətirib. ABŞ-də bəzi şəhərlərdə müxtəlif nəqliyyat növləri üçün ayrıca siqnal bölmələrinin tətbiqinə başlanılıb. Məqsəd hərəkət iştirakçılarını daha dəqiq ayırmaq və təhlükəsizliyi artırmaqdır. Lakin bu modelin nə dərəcədə effektiv olacağı və bütün ştatlarda geniş yayılıb-yayılmayacağı hələ də müzakirə mövzusudur.
Bəs Azərbaycanda bu modelin tətbiqinə ehtiyac varmı?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda hazırda bütün nəqliyyat vasitələrinin hərəkəti klassik üçrəngli işıqfor sistemi qırmızı, sarı və yaşıl siqnallar vasitəsilə tənzimlənir və mövcud sistem praktik baxımdan kifayət qədər effektivdir:

“Piyadaların və velosipedçilərin hərəkəti də ayrıca bölmələrlə tənzimlənir. Velosipedçilər üçün nəzərdə tutulan işıqfor siqnalları qanunvericiliyə əsasən elektrikli skuter istifadəçilərinə də şamil olunur və onlar eyni kateqoriyada qiymətləndirilir.
Hazırkı mərhələdə əlavə siqnal bölmələrinin quraşdırılmasına zəruri ehtiyac yoxdur. Hər hansı ciddi problem yoxdur ki, buna görə ayrıca yeni işıqfor bölməsi tətbiq edilsin. Bu, həm də böyük maliyyə və infrastruktur dəyişikliyi tələb edir”.
Ekspert hesab edir ki, yaxın perspektivdə Azərbaycanda bu tip yeniliyin tətbiqi gözlənilmir və mövcud sistem hazırkı nəqliyyat axınını və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yetərlidir.
Eltac Zülfüqaroğlu
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












