Taksi sürücüləri üçün vergi qaydaları dəyişir

Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1% sadələşdirilmiş vergi tutulması təklif olunur.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Qeyd edilir ki, mövcud vəziyyətdə taksi fəaliyyəti üzrə sadələşdirilmiş vergi regionlar üzrə sabit məbləğlər əsasında, vergitutma obyekti kimi nəqliyyat vasitəsi götürülməklə ödənilir. Mövcud vəziyyətdə bu sektorda yüksək nağd dövriyyə payı və gəlirlərin tam bəyan edilməməsi riski bu sahədə uçot və inzibatçılıq baxımından çətinliklər yaradır. Eyni zamanda, mövcud vergitutma fəaliyyətin faktiki həcmini və əldə olunan gəliri nəzərə almadığından, əsas iş kimi tam zamanlı çalışan sürücülərlə əlavə gəlir məqsədilə məhdud müddətdə fəaliyyət göstərən şəxslərin eyni məbləğdə vergi ödəməsinə səbəb olur.
Təklif olunan mexanizmə əsasən, vergitutma obyektinin nəqliyyat vasitəsi deyil, xidmət göstərən icraçı şəxsin gəliri kimi müəyyənləşdirilməsi və fəaliyyətin platformalar və ya sifariş qəbul edən vasitəçilər üzərindən ödəniş mənbəyində 1 faiz dərəcə ilə vergiyə cəlb edilməsi daha ədalətli və dayanıqlı model formalaşdırır.
Bu yanaşma faktiki gəlir əsasında vergitutmanı təmin edir, sürücülər üçün inzibati yükü azaldır, nağdsız və izlənə bilən ödənişləri təşviq edərək şəffaflığı artırır və kölgə dövriyyəsini azaldır. Nəticədə, taksi xidmətləri bazarında bərabər rəqabət mühiti güclənir, vergi bazası genişlənir və büdcə daxilolmalarının sabitliyi təmin olunur.
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO












