Tam müasir Bakı Beynəlxalq Avtovağzalı: yüksək xidmət üçün Avropaya getməyə ehtiyac yoxdur - VİDEO

Bildiyiniz kimi Bakı Beynəlxalq avtovağzal Kompleksindən həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərə avtobus reysləri fəaliyyət göstərir. Avtosfer.az xəbər verir ki, biletləri gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ kimi online qaydada sayt və mobil tətbiq vasitəsilə və ya qabaqcadan satış kassalarından əldə etmək imkanı var. Kassalar səhər saat 07:00-dan 00:00-a qədər ixtiyarınızdadır.
BBAK-ın əsas məqsədi xidmət səviyyəsini yüksəltmək və sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu məqsədlə bir çox işlər görülüb və hazırda görülməkdədir. Avtovağzal Kompleksindən istifadə zamanı yaranan neqativ halları daha tez və effektiv həll edə bilməmiz üçün problem yaşadığınız zaman yerindəcə (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng edə və ya perron nəzarətçilərinə yaxınlaşa bilərsiniz.
Eyni zamanda facebook adresi və ya [email protected] email ünvanı vasitəsilə də yazıb göndərə bilərsiniz. Çox qısa zaman sonra tamamilə yenilənmiş və müasir standartalara cavab verən məlumat mərkəzi ixtiyarınıza veriləcək. Əziz sərnişinlər, hər biriniz bizim üçün dəyərlisiniz. Doğmalarınızı qanuni və təhlükəsiz daşımalara etibar edin. Hazırladığımız video çarxda avtovağzal ərazisində nələrdən və necə istifadə edə bilərsiniz əks olunub. Yolunuz hər zaman açıq olsun!
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












