TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub.
Avtosfer.az xəbər verir ki, bu vəzifəyə Hüseynov Rahim Mahir oğlu gətirilib.
R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil almış, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, eyni zamanda Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını tamamlayıb.
Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Rahim Hüseynov 10 ilə yaxın müddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışaraq idarəetmə və biznes proseslərinin təşkili sahəsində geniş təcrübə qazanmışdır.
2021–2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir.
2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












