TƏBİB-in keçmiş sədrinə yeni VƏZİFƏ VERİLDİ - YENİLƏNİB

Məsələ ilə bağlı Manset.az-a danışan Ramin Bayramlı seçkinin çoxdan baş tutduğunu bildirib:
“Bu, may ayında baş tutmuş köhnə bir seçkidir. Xəbərlərdə indi dərc olunur. Mənim ictimai birliyə təsisçiliyim 2018-ci ildən başlayır, burada böyüdüləcək bir məsələ yoxdur”.
“2001-ci ildən Azərbaycan Tibb Universitetinin müəllimiyəm və orda da müəllim kimi davam edirəm. Harada işləməyimdən asılı olmayaraq, həmişə müəllim olmuşam”, - o əlavə edib.
Qeyd edək ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyinat almışdı. 2021-ci il sentyabrında isə öz ərizəsi ilə vəzifəsindən azad olunub.
***12:00
Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibi formalaşıb.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı sözügedən İctimai Birliyin sədri seçilib.
Qeyd edək ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyin olunmuşdu. O, 2021-ci ilin sentyabrında isə öz ərizəsi ilə işdən ayrılıb. R.Bayramlı yeni vəzifəsinə kimi Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyində sədr müavini vəzifəsində çalışırdı.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












