Banner

Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO

Yeniliklər 31 Oktyabr 2026 12:11
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
WhatsApp kanalımıza abunə olun

Yeni təmir olunmuş yollarda asfalt-beton örtüyünün müəyyən hissələrinin sonradan kəsilməsi və baxış qapaqlarının qaldırılması bəzən sürücülərdə suallar yaradır. İlk baxışdan bu proses təmir zamanı hansısa işin unudulduğu təəssüratını yaratsa da, əslində, müəyyən edilmiş texnoloji ardıcıllıq əsasında həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, təmir işləri zamanı yeraltı kommunikasiya xətlərinin mövcud baxış qapaqlarının yerləri əvvəlcədən müəyyən edilir və işarələnir.

Yeni asfalt-beton örtüyü döşənərək möhkəmləndikdən sonra həmin hissələr xüsusi avadanlıq vasitəsilə səliqəli şəkildə kəsilir. Daha sonra baxış qapaqları layihə üzrə nəzərdə tutulmuş hündürlüyə qaldırılır, ətrafları betonlanır və müvafiq texnoloji tələblər gözlənilməklə yenidən asfaltlanır.

Bu işlərin əsas məqsədi baxış qapaqlarının yeni yol örtüyü ilə eyni səviyyədə olmasını təmin etməkdir. Qapaqların yol səthindən hündür və ya aşağı yerləşməsi nəqliyyat vasitələrinin rahat hərəkətinə mane olmaqla yanaşı, hərəkət təhlükəsizliyinə də mənfi təsir göstərə bilər.

Beləliklə, yeni asfaltlanmış yollarda baxış qapaqlarının ətrafında aparılan kəsilmə və bərpa işləri bir sıra hallarda yol təmirinin əvvəlcədən planlaşdırılmış texnoloji mərhələsini təşkil edir.

AAYDA-nın süni intellekt əsaslı aparıcısı AİDA “Yolun Sözü” rubrikasının yeni buraxılışında bu prosesin mahiyyətini və texnoloji ardıcıllığını əyani görüntülərlə izah edir.

bax.tvhttps://player.bax.tv/embed/228373.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 242
ŞƏRH YAZ
Ad

E-mail

Şərh