Tikiləcək metro stansiyaları ilə bağlı YENİ AÇIQLAMA - FOTO

Bakı metrosunda 2030-cu ilə qədər inşa olunması planlaşdırılan 10 yeni stansiyanın yerləşəcəyi ərazilər ictimaiyyətdə suallar yaradıb. Xüsusilə Nizami, Sahil, Xətai və Həzi Aslanov kimi artıq fəaliyyət göstərən stansiyaların yaxınlığında yenilərinin tikilməsi bir çox vətəndaşda "niyə yan-yana ikinci stansiyaya ehtiyac var?" sualını doğurur.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bu stansiyalar adi dayanacaqlar deyil, keçid stansiyalarıdır. Keçid stansiyaları sərnişinlərin metronun bir xəttindən digərinə rahat və təhlükəsiz şəkildə keçməsi üçün nəzərdə tutulur.
Bu tip stansiyalar xətlərin kəsişdiyi və ya bir-birinə yaxın keçdiyi nöqtələrdə, mövcud stansiyalardan tam ayrı konstruksiyada inşa olunur.
Hazırda "Bakı Metropoliteni"ndə 4 keçid stansiyası mövcuddur. Bunlardan ikisi Memar Əcəmi stansiyasında yerləşir və bənövşəyi xəttlə yaşıl xətt arasında keçidi təmin edir. Digər iki keçid stansiyası isə 28 May və Cəfər Cabbarlı stansiyalarıdır və qırmızı xəttlə yaşıl xətt arasında sərnişin axınını yönləndirir.
![]()
Yeni inkişaf planına əsasən:
B5 stansiyası Nizami stansiyası yaxınlığında (bənövşəyi–yaşıl xətlər arası),
B6A stansiyası Sahil stansiyası ərazisində (bənövşəyi–qırmızı xətlər arası),
B7 stansiyası Xətai stansiyası yanında (bənövşəyi–yaşıl xətlər arası),
Y17 stansiyası isə Həzi Aslanov stansiyası ərazisində (yaşıl–qırmızı xətlər arası) keçid funksiyası daşıyacaq.
Hazırda mövcud olan keçid stansiyaları və onlar arasındakı piyada tunelləri sxematik olaraq göstərilir və bu keçidlər sərnişinlərin xətlər arasında hərəkətini təmin edir.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, "Bakı Metropoliteni"ndə bu günə qədər xətlərin tam şəkildə ayrılmaması səbəbindən əsas keçid yükü 28 May – Cəfər Cabbarlı stansiyalarının üzərinə düşüb:
![]()
"Bu isə sərnişin axınlarının bir nöqtədə qarışmasına, pik saatlarda sıxlığa və ümumi hərəkət sürətinin azalmasına səbəb olub.
Hazırda digər keçid imkanları əsasən "Memar Əcəmi-1" və "Memar Əcəmi-2" stansiyaları ilə məhdudlaşır. Lakin metronun xətlərinin şəhər mərkəzinə qədər tam şəkildə genişlənməməsi bu keçidlərin funksionallığını hələlik tam hiss etdirmir. Məhz buna görə də cəmiyyətdə yeni keçid stansiyalarına münasibət birmənalı qarşılanmır.
![]()
Keçid stansiyalarının əsas üstünlüyü ondan ibarətdir ki, sərnişin axınlarını bir-birindən ayırır. Axınların qarışmaması həm təhlükəsizlik baxımından, həm də vaxt itkisini minimuma endirmək üçün vacibdir. Bir xəttdən digərinə rahat və sürətli keçid səhər və axşam saatlarında hərəkətin daha optimal planlaşdırılmasına imkan yaradır.
Düşünürəm ki, qarşıdakı 4 il ərzində - 2030-cu ilə qədər nəzərdə tutulan xətlərin istifadəyə verilməsi və yeni keçid stansiyalarının tikilməsi, eyni zamanda mövcud keçidlərin daha funksional hala gətirilməsi yekunda ictimai rəyə də müsbət təsir göstərəcək. Nəticədə cəmiyyətdə keçid stansiyalarına münasibət tədricən dəyişəcək və bu stansiyaların əsl əhəmiyyəti daha aydın şəkildə hiss olunacaq".
Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Bakıda üç yeni körpü inşa edilir – VİDEO
Şuşadakı abidələrin korlanması qadağan edildi
İlham Əliyev QANUN İMZALADI
Bu sürücülər üçün yeni rüsumlar QƏBUL OLUNDU
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR
Bakı küçələrinin səkilərində hansı dəyişikliklər ediləcək? - FOTO
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - VİDEO
Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT










