Tovuz Rayon İcra Hakimiyyətinə yeni təyinatlar

Tovuz Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə icra başçısı Məmməd Məmmədov əmrlər imzalayıb. İcra başçısının əmri ilə ləğv edilmiş İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Taryel Əlixan oğlu Məmmədov Memarlıq-tikinti məsələləri sektoruna Böyük məsləhətçi təyin edilib.
İcra başçısının digər əmri ilə ləğv edilmiş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tofiq Elşən oğlu Əliyev İctimai-siyasi və humanitar məsələlər sektoruna müdir təyin olunub.
M.Məmmədovun digər əmrləri ilə ləğv edilmiş Hüquq şöbəsinin əvəzində yaradılan Hüquq və kadr məsələləri sektoruna rəhbər təyin olunub. Hüquq şöbəsində məsləhətçi işləmiş Hüseyn Ədalət oğlu Hüseynov sektora müdir təyin olunub.
Bununla yanaşı, ləğv edilmiş Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Azər Aydın oğlu Fərmanzadə yeni yaradılan Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoruna müdir vəzifəsinə gətirilib. O, həmçinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə də təyinat alıb.
İcra başçısının əmri ilə ləğv edilmiş Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Gülnar Paşa qızı Əsgərova Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












