"Ukrayna" dairəsində hansı dəyişikliklər gözlənilir? - EKSPERT YENİLİKLƏRİ AÇIQLADI - VİDEO

Ukrayna" dairəsində təmir işlərindən sonra ərazidəki hərəkət mexanizminə edilən təklif hələ də bəzi sürücülər tərəfindən narazılıqla qarşılanır.

Avtosfer.az xəbər verir ki, ötən günlərdə "Ukrayna" dairəsinin təmirdən sonra dairə ətrafında yolların kəsişmə yerlərində təhlükəsizlik adacıqlarının quraşdırılması və nəqliyyatın hərəkət mexanizmi üçün nəzərdə tutulan dəyişikliklərdən avtomobil idarəçilərinin şikayətləri artmaqdadır.
Saytımızın sosial şəbəkə hesablarında canlı yayımda bir çox məsələlərə toxunan nəqliyyat eksperti Elməddin Muradlı eyni zamanda izləyicilərdən gələn sualları da cavablayıb. O bildirib ki, bu həftə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) dairənin yeni halının müzakirəsi üçün toplantıda olub:

"Agentliyin sədri Anar Rzayev və Hərəkətin Təşkili şöbəsində çalışan rəhbər şəxslərdən Tərlan Səfərovla görüş keçirildi. "Ukrayna" dairəsində nə problem varsa, tam dəqiq bilmirəm, amma müasir şəhərsalmadan, mikrobillikdən danışırıqsa, həmin dairədə indiyə qədər həyata keçirilən ən ideal variant budur. Ola bilər, müəyyən dövr üçün çətinlik yaratsın. Dünən toplantıda mənim də fikrimə baş vuruldu, təkliflərimi də verdim. Amma yenə də əraziyə mütləq baxacam. Doğrudur, günün müəyyən saatlarında ərazini video şəklində izləyə bilirik, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən də videolar təqdim olundu, izlədik. Orada əsasən "Əhmədli" tərəfdən gəlib dairəyə daxil olanlar ən ciddi problemlərlə üzləşir".
Elməddin Muradlı sonda izləyicilərdən dairə ilə bağlı şahidi olduqları problemlər, narazılıqları ilə bağlı bizim "WhatsApp" nömrəmizə video, foto şəklində göndərmələrini də xahiş edib.
Həmin videonu sizə təqdim edirik:
Səfər
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












