Ukraynada Azərbaycanəsilli məmura yeni vəzifə verildi

Bir müddət əvvəl Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edilən Azərbaycan əsilli Timur Tkaçenkoya yeni vəzifə verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Ali Radada Ukrayna hökumətinin daimi nümayəndəsi Taras Melniçuk açıqlayıb.
Onun sözlərinə görə, ölkənin Nazirlər Kabineti T.Tkaçenkonun Kiyev vilayəti administrasiyasının rəhbəri vəzifəsinə təyin edilməsini təsdiqləyib.
Xatırladaq ki, Tkaçenko 2024-cü il dekabrın 31-də Kiyev şəhər hərbi administrasiyasının rəhbəri təyin edilmişdi. Bu ilin iyulun 17-də isə Ukrayna Prezidenti Volodimir Zelenski onun bu vəzifədən azad edilməsi barədə sərəncam imzalamışdı.
Onu da qeyd edək ki, 36 yaşlı Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












