Vətəndaşların müraciətindən sonra bu yolda avtobus zolağı çəkildi - VİDEO

Sabunçu-Zabrat yolunda ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsi və yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə yeni avtobus zolağı təşkil olunub.
Avtosfer.az xəbər verir ki, layihənin əsas üstünlüklərindən biri təkcə avtobusların hərəkətinə şəraitin yaradılması deyil, eyni zamanda piyadalar üçün də infrastrukturun formalaşdırılmasıdır. Belə ki, yolun sol hissəsində əvvəllər səki mövcud olmayıb, avtobus zolağı salınarkən həmin hissədə piyadalar üçün səki də inşa edilib.
Mütəxəssislərin fikrincə, bu yanaşma yol hərəkətinin bütün iştirakçılarının maraqlarını nəzərə alan kompleks həll hesab olunur. Avtobus zolağı ictimai nəqliyyatın vaxt itkisinin azalmasına, sərnişindaşımada intervalın stabilləşməsinə xidmət edir, yeni salınmış səki isə piyadaların təhlükəsiz hərəkətini təmin edir.
Sakinlər də görülən işləri müsbət qiymətləndirir, xüsusilə əvvəllər piyada hərəkətinin çətin olduğu ərazidə indi daha rahat və təhlükəsiz şəraitin yaradıldığını bildirirlər.
Qeyd olunur ki, bu cür layihələr paytaxtın digər yollarında da tətbiq edilərsə, həm ictimai nəqliyyatın səmərəliliyi, həm də ümumi yol təhlükəsizliyi əhəmiyyətli dərəcədə arta bilər.
Eltac Zülfüqaroğlu
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












