"WhatsApp" uşaqlarla bağlı belə qərar verdi

“WhatsApp” messenceri kiçik yaşlı uşaqlar üçün valideynlər tərəfindən idarə olunan xüsusi hesabları tətbiq etməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, “GSMArena” portal məlumat yayıb.
Yeni funksiya xidmətdən istifadəni yalnız mesajlaşma və zənglərlə məhdudlaşdırmağa imkan verir. Valideynlər uşağın hesabı üzərində tam nəzarətə sahib olacaq, o cümlədən onunla kimin əlaqə saxlaya biləcəyini və hansı qruplara daxil ola biləcəyini müəyyən edəcəklər.
Həmçinin tanımadığı kontaktlardan gələn mesaj sorğularına baxmaq və məxfilik parametrlərini idarə etmək imkanı da nəzərdə tutulub; idarəetməyə giriş isə altı rəqəmli valideyn PİN-kodu ilə qorunur.
Funksiya bütün dünyada mərhələli şəkildə yayıldığı üçün ona giriş tədricən aktivləşə bilər. Aktivləşdirmə üçün uşağın cihazına “WhatsApp” quraşdırmaq, qeydiyyat zamanı “Valideyn tərəfindən idarə olunan hesab yarat” bəndini seçmək, telefon nömrəsini və doğum tarixini təsdiqlədikdən sonra uşağın profilini QR-kod vasitəsilə öz hesabınıza bağlayaraq PİN-kod təyin etmək lazımdır.
Xatırladaq ki, “WhatsApp” mətn mesajları mübadiləsi, səsli və video zənglər etməyə, həmçinin faylları ötürməyə imkan verən beynəlxalq messencerdir./publika.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












