“Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır

Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsini genişləndirməyə davam edir. 2026-cı il sentyabrın 29-dan etibarən Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan “Wizz Air” Bratislava – Bakı – Bratislava marşrutu üzrə birbaşa müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Avtosfer.az xəbər verir ki, yeni istiqamətin açılması Azərbaycanla Slovakiya arasında hava əlaqələrinin daha da möhkəmlənməsinə, turizm və işgüzar səfərlər üçün əlavə imkanların yaradılmasına, həmçinin sərnişinlərə Mərkəzi Avropanın perspektivli istiqamətlərindən birinə daha sərfəli və rahat çıxışın təmin edilməsinə xidmət edəcək.
Bu marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq marşrut şəbəkəsinin inkişafı istiqamətində atdığı növbəti mühüm addımdır.
Reyslər üzrə aviabiletlər artıq “Wizz Air” aviaşirkətinin rəsmi internet səhifəsində və digər satış kanalları vasitəsilə əldə edilə bilər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












