“Xaliq Faiqoğlu” şirkəti üçün YDM məntəqəsi tikiləcək - FOTO

“Xaliq Faiqoğlu” şirkəti ilə “SOCAR Petroleum” QSC arasında şirkətə məxsus olan avtobusların keyfiyyətli yanacaqla təmin edilməsi üçün müasir standartlara cavab verən yeni yanacaqdoldurma məntəqəsinin tikintisinə dair müqavilə imzalanıb. “SOCAR Petroleum”dan Avtosfer.az-a verilən məlumata görə, imzalanmış müqaviləyə əsasən qısa müddətdə şirkətə məxsus olan Təmir Mərkəzində “SOCAR” brendli, modul tipli yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Xaliq Faiqoğlu" şirkəti Bakının mərkəzində xidmət göstərən marşrut xətlərində dizel yanacaqlı mühərriklə təchiz edilmiş və “Avro 5” standartlarına cavab verən nəqliyyat vasitələrini istismar edir.
Hazırda 18 saylı marşrut xəttində CNG yanacağı ilə işləyən və “Avro 6” standartlarına cavab verən avtobus test rejimində fəaliyyətini davam etdirir.
“SOCAR Petroleum” 2008-ci ildən ölkə ərazisində “SOCAR” brendli yanacadoldurma məntəqələrinin inşası və istismarı işlərini həyata keçirir. Cəmiyyət ölkə ərazisində “super”, “premium”, “A92”, “dizel” “CNG” və “LPG” yanacaq növlərinin satışını aparır. Cəmiyyətə məxsus 30 yanacaqdoldurma məntəqəsinin dördünün ərazisində digər yanacaq növləri ilə yanaşı, qiymət baxımından xeyli sərfəli olan sıxılmış təbii qaz yanacağı da istehlakçılara təklif olunur. Bundan başqa Zığ-Hövsan yolunda sıxılmış təbii qaz (CNG) doldurma məntəqəsi fəaliyyət göstərir ki, burada ancaq CNG yanacağının satışı fasiləsiz olaraq təmin edilir.
Emin
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI















