Xətai rayonunda piyadaların təhlükəsizliyi üçün yeni svetoforlar quraşdırıldı - VİDEO

Piyadaların hərəkətinə çətinlik yaranan kəsişmədə yeni svetoforlar quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, paytaxtın Xətai rayonu, Ramiz Quliyev küçəsi ilə Cavanşir küçəsinin kəsişməsində piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək məqsədilə yeni svetoforlar quraşdırılıb.
Aparılan təhlillər göstərib ki, yolun mailli olması səbəbindən sürücülər piyadaları vaxtında görməkdə çətinlik çəkirdilər. Bu amil nəzərə alınaraq, piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə Respublika Neyrocərrahiyyə Xəstəxanası, eləcə də ictimai iaşə və xidmət obyektlərinin yaxınlığında yerləşən, piyada intensivliyinin yüksək olduğu kəsişmədə 3 ədəd piyada svetoforu və üzərində piyada bölmələri olan üçlampalı nəqliyyat svetoforları (L və A tipli) quraşdırılaraq istifadəyə verilib. Yeni svetoforlar hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə şərait yaradıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtda zəruri ərazilərdə yeni svetoforların quraşdırılması işləri davam etdirilir.
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












