Yeni dəmiryol xətti çəkiləcək - Hansı ərazilərdə söküntülər başlayacaq? - VİDEO

2025-2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı ətrafında kənd və qəsəbələrə yeni dəmir yolu xətlərinin çəkilməsi, eləcə də mövcud xətlərin bərpası nəzərdə tutulur.
Proqram çərçivəsində Zabrat-Maştağa-Bağlar dəmir yolu xətti də yenidən istifadəyə veriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Hazırda Sabunçu rayonunun Maştağa qəsəbəsində hazırlıq və işarələmə işlərinə başlanılıb. Ərazidə yerləşən köhnə Maştağa dəmir yolu stansiyasının binasının təmir edilərək sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır. Uzun müddətdir fəaliyyət göstərməyən xəttin keçdiyi ərazini hazırda kol-kos bassa da, yaxın gələcəkdə burada dəmir yolu infrastrukturu bərpa olunacaq. Layihənin icrası zamanı dəmir yolunun mühafizə zolağına düşən bəzi fərdi yaşayış evləri və yarımçıq tikililər söküləcək. Plana düşən evlərin müəyyənləşdirilməsi üçün işarələmə aparılıb, mülkiyyət sahibləri ilə söhbətlər keçirilib və onlara söküntü barədə məlumat verilib.
Bildirilib ki, sakinlərə qanunvericiliyə uyğun kompensasiya ödəniləcək. Bundan əvvəl də Suraxanı və Hövsan ərazilərində dəmir yolu xəttinin bərpası məqsədilə söküntü işləri aparılıb. Suraxanı bazarının bir hissəsi və Hövsanda yerləşən bəzi fərdi yaşayış evləri sökülüb, sahiblərinə kompensasiya verilib. Zabrat-Maştağa-Bağlar dəmir yolu xəttinin istifadəyə verilməsi ilə həmin ərazilərdə yaşayan sakinlərin paytaxtın müxtəlif istiqamətlərinə gediş-gəlişinin daha rahat və əlçatan olacağı gözlənilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












