Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO

"Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsi şəhərdaxili və tranzit nəqliyyat axınlarının bir qovşaqda birləşdiyi əsas nöqtələrdən biridir. Pik saatlarda nəqliyyat vasitələrinin eyni kəsişmədən hərəkəti burada sıxlıq və gecikmələrin yaranmasına səbəb olur".
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, AAYDA-nın layihəsi çərçivəsində mövcud hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur. Layihəyə əsasən, ərazidə tunel tipli yolötürücüsü, dairəvi hərəkətin təşkil olunduğu yolayrıcı, eləcə də Qaradağ istiqamətində yan yol yaradılacaq:
"Layihənin əsas üstünlüyü müxtəlif istiqamətlər üzrə hərəkət axınlarının bir nöqtədə toplanmasının qarşısının alınmasıdır. Yeni quruluş nəqliyyat axınlarını müxtəlif səviyyələrə ayıracaq. Bununla da qovşaqda bir-birinə mane olan manevrlərin sayı azalacaq, giriş və çıxışlar daha sistemli təşkil ediləcək.
Layihədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri infrastrukturun yaradılması da nəzərdə tutulur.
Yeni yol həllinin təsiri yalnız Məhəmməd Xiyabani küçəsi ilə məhdudlaşmayacaq. Qovşaqda hərəkətin yenidən təşkili 20 Yanvar, "Şamaxinka" və Qaradağ istiqamətlərində nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsinə xidmət edəcək.
Bu, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan 24 yol layihəsindən biridir", - deyə məlumatda bildirilib.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












