Yüksək vəzifəyə gətirilən Tural Məmmədov kimdir? - FOTO

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yüksək vəzifəyə yeni təyinat olub.
Müvafiq əmrlə Tural Əlisurət oğlu Məmmədov Nəqliyyat üzrə direktor vəzifəsinə təyin edilib.
O, bu təyinatadək baş layihə inzibatçısı – Layihələrin idarəolunması departamentinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, T.Məmmədov 1986-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavr, Böyük Britaniyanın Exeter Universitetində Maliyyə və menecment üzrə magistratura təhsili alıb. Böyük Britaniyanın “Imperial College London” ali təhsil müəssisəsinin Biznesin idarə edilməsi (MBA) üzrə magistr proqramını bitirib.
O, əmək fəaliyyətinə 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) kommersiya məsələləri üzrə məsləhətçi kimi başlayıb. 2014-2020-ci illərdə “BP”nin London ofisində “Şahdəniz-2” və “Azəri-Mərkəzi-Şərqi” layihələrində xərclər üzrə baş mühəndis kimi çalışıb.
2020-2022-ci illərdə “SOCAR Trading” şirkətinin London ofisində maliyyə məsləhətçisi, 2022-2025-ci illərdə isə “PwC” şirkətinin London ofisində “Kapital layihələr və kommersiya təminatı” biznes bölməsində baş menecer kimi fəaliyyət göstərib.
T.Məmmədov həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının üzvüdür./İqtisadiyyat.az/

Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












