Zelenski azərbaycanlı diaspor rəhbərini ordenlə təltif ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadı təltif edib.
Avtosfer.az xəbər verir ki, prezidentin imzaladığı 532/2026 nömrəli Fərmana əsasən, Hikmət Cavad Ukrayna dövlətçiliyinin möhkəmləndirilməsindəki əhəmiyyətli xidmətlərinə, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında nümayiş etdirdiyi cəsarət və fədakarlığa, ictimai həyatın müxtəlif sahələrinin inkişafına verdiyi mühüm şəxsi töhfələrə, eləcə də peşə borcunu vicdanla yerinə yetirdiyi üçün “Xidmətlərinə görə III dərəcəli” ordenlə təltif olunub.
Qeyd edək ki, hüquq elmləri doktoru olan Hikmət Cavad uzun illərdir Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir. O, həmçinin Ukrayna Ali Radası sədrinin müşaviri vəzifəsini icra edir.
Hikmət Cavad eyni zamanda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibidir. O, 2016-cı ildə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Əlavə edək ki, bu gün Ukraynada Konstitusiya Günüdür.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












