Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub – FOTO

Zərdab rayonunda cari ildə tərtib olunmuş tədbirlər planına əsasən, icrası yekunlaşdırılan yol layihələrindən biri 11.4 km uzunluğa malik Zərdab-Qaravəlli avtomobil yolunun yenidən qurulması layihəsidir. Ucar-Zərdab-Ağcabədi avtomobil yolundan ayrılan yerli əhəmiyyətli avtomobil yolu IV texniki dərəcəlidir və 4 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.
Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxarıb.
Layihə çərçivəsində torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib.
Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün suların ötürülməsi məqsədi ilə müxtəlif diametrli 456 paqon-metr dəmir, həmçinin 72 paqon-metr dəmir-beton borular quraşdırılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunub. Ardınca layihəyə uyğun olaraq yola 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyü döşənib.
Layihənin sonuncu mərhələsində yolun çiyin hissələri dağıldığından çiyinlərin bərkidilib, avtobus dayanacaqları tikilib, 306 siqnal dirəyinin, 52 yol nişanı və 11 km göstəricisinin quraşdırılması, həmçinin xətlənmə işləri aparılıb.
Namiq
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















