Asfalta çəkilmiş oxlar sürücüləri olmayan yola istiqamətləndirir - VİDEO

Bakının Yusif Səfərov küçəsində hərəkətin düzgün təşkil olunmaması sürücülər üçün çaşqınlıq yaradır. Avtosfer.az xəbər verir ki, bu ərazidə yol nişanları və asfalt üzərindəki hərəkət istiqamətini bildirən nişanlanma xətləri arasında uyğunsuzluq var. Bu isə sürücülərin istiqamət seçimini çətinləşdirir və onların səhv istiqamətə yönəlməsinə səbəb olur.
Məsələ burasındadır ki, yolun üzərində yerləşdirilmiş 5.8.1 nişanları sürücülərə yalnız düzünə hərəkətə icazə verir. Lakin eyni yolun asfalt örtüyündə nişanlanma xətləri həm düzünə, həm də sağa hərəkəti mümkün kimi göstərir. Lakin faktiki olaraq həmin istiqamətdə yol yoxdur.
Bundan əlavə, bu yolda lazımi məlumatverici nişanların olmaması da problemin daha da dərinləşməsinə səbəb olur. Sürücülər hansı zolaqla Heydər Əliyev prospektinə, Xətai prospektinə və Gülarə Qədirbəyova küçəsinə doğru hərəkət etməli olduqlarını əvvəlcədən müəyyən edə bilmirlər. Bu isə yol hərəkəti qaydalarının pozulmasına, qəzalara və tıxacların yaranmasına gətirib çıxarır.
Problemin aradan qaldırılması üçün asfalt üzərindəki hərəkət istiqamətini bildirən ox işarələri real yol şəraitinə uyğunlaşdırılmalı, xüsusilə də sağa dönməyə icazə verən nişanlanma xətti tamamilə silinməlidir. Bununla yanaşı, hansı zolağın hansı istiqamətə aparmasını göstərən əlavə məlumatverici nişanlar quraşdırılmalıdır.
Nərmin
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO
Naxçıvanda sürücülər üçün tələ: Yol çöküb, nişan yoxdur - VİDEO
Stop-xətt nədir? Yollarda bu nişanlanma xəttinin tətbiqi niyə vacibdir? - AÇIQLAMA
Neftçalada solmuş “STOP” nişanı sürücülər üçün problem yaradır - FOTO
Bu yolda hər an qəza baş verə bilər: Nişanlar görünmür - VİDEO
Bakıda bu küçələrdəki "zebra"lar yenilənəcək - RƏSMİ
Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: AYNA iddialara cavab verdi - VİDEO
Nizamidə ağaclar "Yol ver" nişanının qarşısını kəsən ağaclar bundandı – FOTO - VİDEO
Xırdalanda təhlükəli piyada keçidləri: Aidiyyəti qurumlar nəyi gözləyir? - VİDEO
Yasamala quraşdırılmış bu nişana heç kim əməl etmir: Səbəbi budur - VİDEO
Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - VİDEO










