Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO

"Təbriz küçəsində yaranan problem yaxın saatlarda aradan qaldırılacaq".
Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-a ərazidə iş aparan podratçı şirkətdən verilib.
"Sözügedən ərazidə daha öncə piyada səkisi mövcud olmayıb. Hazırda sakinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ərazidə səki salınır. İşlər yeni başlandığından xəbərdaredici nişanlar qoyulmamışdı, yaxın saatlarda məsələ həllini tapacaq", - deyə məlumatda bildirilib.
***
Bakının Nərimanov rayonunda təmir işlərinin aparıldığı küçədə yol nişanlarının quraşdırılmaması sakinlərin narahatlığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Bildirilib ki, Təbriz küçəsində hazırda yeni səki quraşdırılması işləri aparılmasına baxmayaraq ərazidə piyadaların və sürücülərin təhlükəsizliyini təmin etmək üçün heç bir xəbərdaredici və istiqamətləndirici yol nişanları yerləşdirilməyib. Bu isə xüsusilə piyadalar üçün ciddi risk yaradır.
"Bu küçədə ali məktəblərin olduğunu da nəzərə almayıblar. Tələbələr dərsdən çıxanda bu yolda olduqca təhlükəli vəziyyət yaranır. Avtomobillər piyadalara yol vermirlər, piyadalar isə məcburən avtomobil zolağı ilə hərəkət etməli olurlar", - deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO












