Bu dairədə işıqfor var, “zebra” yoxdur; piydalar çətinlik çəkir – EKSPERT - FOTO

“20 Yanvar” dairəsində piyadaların hərəkəti ilə bağlı mövcud vəziyyət narazılığa səbəb olub. Ərazidə demək olar ki, bütün istiqamətlər üzrə svetoforların olmasına baxmayaraq, piyada keçidlərini göstərən “zebra” xətlərinin olmaması diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev məlumat yayıb. Onun sözlərinə görə, dairənin müxtəlif istiqamətlərində artıq təhlükəsizlik adacıqları formalaşdırılıb. Buna baxmayaraq, piyadaların təhlükəsiz və nizamlı şəkildə hərəkəti üçün zəruri olan “zebra” keçidlərinin təşkil edilmədiyi müşahidə olunur.

Şəkildə göstərilən istiqamətlər üzrə dairə boyunca zebra keçidlərinin çəkilməsi həm piyadaların rahat hərəkətinə şərait yaradar, həm də nizamsız keçidlərin qarşısını alar. Xüsusilə avtobus dayanacaqlarından düşərək yolun digər tərəfinə keçən vətəndaşlar üçün bu addımın vacib olduğu vurğulanıb.
Nəqliyyat eksperti hesab edir ki, piyada keçidlərinin təşkili ərazidə təhlükəsizliyin artırılmasına, nəqliyyat və piyada axınının daha nizamlı idarə olunmasına müsbət təsir göstərə bilər.

Eltac Zülfüqaroğlu
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












