Bu yolayrıcında yeni xətlər çəkildi: Əməl etməyənlər cərimələncək - VİDEO

Bir neçə gün əvvəl paytaxtın Lermontov küçəsində hərəkətin təşkilində nöqsan olması ilə bağlı məlumat yaymışdıq. Avtosfer.az xəbər verir ki, paytaxtın İstiqlaliyyət küçəsindən Mixail Lermontov küçəsinə dönən sürücülər əks zolağa çıxdıqları üçün məsuliyyətə cəlb edilirdilər.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələni dərhal nəzarətə götürdü və təhlükənin aradan qaldırılması istiqamətində addımlar atdı. Nəticədə, sürücülərin manevr edərkən qaydaları pozmaması və rahat hərəkət edə bilməsi üçün sözügedən kəsişmədə 1.7 nişanlanma xətləri çəkilib. Hazırda sürücülər həmin nişanlanma xətləri üzrə hərəkət edərək qaydalara tam uyğun şəkildə manevr edə bilirlər. Bu dəyişiklik hərəkətin təhlükəsizliyini artırmaqla yanaşı, sürücülərin cərimə edilməsinin də qarşısını alır. AYNA-nın bu cür operativ və effektiv müdaxiləsi sürücülər tərəfindən müsbət qarşılanıb.
Nərmin
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












