Bu yolda sürücülər hara getdiklərini bilmirlər - Nişanlar yoxdur - VİDEO

Bakıda yol nişanlarının olmaması sürücülərin hansı istiqamətdə hərəkət etməsində çətinlik yaradır. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Yusif Səfərov küçəsinin sonundan gedir.
Bu ərazidə yolun sonunda iki istiqamət mövcuddur: biri Xətai prospektinə və Gülarə Qədirbəyova küçəsinə aparan tunelə, digəri isə Heydər Əliyev prospekti istiqamətinə yönəlir. Lakin bu yolların hansı istiqamətə apardığını göstərən məlumatverici yol nişanları quraşdırılmayıb. Sadəcə zolaqlar üzrə düzünə hərəkəti bildirən nişanlar və nişanlanma xətləri çəkilib. Bu isə həmin yoldan ilk dəfə istifadə edən sürücülərin hansı istiqamətdə hərəkət etməsində çətinlik yaradır.
Bu problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən məlumatverici nişanların quraşdırılması, sürücülərin vaxtında istiqamət seçimini asanlaşdıracaq digər tədbirlərin görülməsi vacib hesab olunur.
Nərmin
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO
Naxçıvanda sürücülər üçün tələ: Yol çöküb, nişan yoxdur - VİDEO
Stop-xətt nədir? Yollarda bu nişanlanma xəttinin tətbiqi niyə vacibdir? - AÇIQLAMA
Neftçalada solmuş “STOP” nişanı sürücülər üçün problem yaradır - FOTO
Bu yolda hər an qəza baş verə bilər: Nişanlar görünmür - VİDEO
Bakıda bu küçələrdəki "zebra"lar yenilənəcək - RƏSMİ
Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: AYNA iddialara cavab verdi - VİDEO
Nizamidə ağaclar "Yol ver" nişanının qarşısını kəsən ağaclar bundandı – FOTO - VİDEO
Xırdalanda təhlükəli piyada keçidləri: Aidiyyəti qurumlar nəyi gözləyir? - VİDEO
Yasamala quraşdırılmış bu nişana heç kim əməl etmir: Səbəbi budur - VİDEO
Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - VİDEO










