Bu zolağa girən "yandı": Nə düz getmək olur, nə də sola dönmək - VİDEO

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində hərəkətin təşkilində ziddiyyətli vəziyyət müşahidə olunur.
Avtosfer.az-ın məlumatına görə, bu barədə sürücülərdən biri sosial şəbəkədə paylaşım edib. Görüntülərdən aydın olur ki, sürücü avtobus zolağına icazə verilən saatda daxil olaraq hərəkətini davam etdirir. Bu zaman digər zolaqlarda nəqliyyat vasitələrinin sıxlıq səbəbindən gözlədiyi görünür.
Kadrlarda diqqət çəkən məqam isə avtobus zolağında hərəkət edən sürücünün istiqamətini dəyişməkdə çətinlik yaşamasıdır. Belə ki, həmin zolaqda sola manevr etmək mümkün deyil, çünki yolda bütöv xətt nişanlanması tətbiq olunub. Eyni zamanda, yol örtüyündəki istiqamətləndirici oxlar bu zolaqda hərəkət edən nəqliyyat vasitələrinə yalnız sağa dönməyə icazə verir.
Nəticədə sürücü nə sola, nə də düzünə hərəkət edə bilir. Bu qaydanı pozacağı təqdirdə isə inzibati məsuliyyət riski ilə üzləşir. Mövcud vəziyyət sürücülər üçün çaşqınlıq yaradır və hərəkətin səmərəliliyinə mənfi təsir göstərir.
Sürücü problemin aradan qaldırılması üçün yol nişanlanmasının yenidən tənzimlənməsini təklif edir. Onun sözlərinə görə, avtobus zolağında həm düzünə, həm də sağa hərəkətə icazə verən nişanlanmanın tətbiqi mövcud ziddiyyəti aradan qaldıra bilər.
Nərmin
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












