Reklam

Yol polisindən sürücülərə şad xəbər – Nömrələrlə bağlı...

Yol nişanları 13 Noyabr 2017 12:37 Oxunub 41317
Yol polisindən sürücülərə şad xəbər – Nömrələrlə bağlı...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: “Bayrağa və cip-ə görə nömrələrin dəyişdirilməsinə ehtiyac yoxdur”

Bu gün avtomobillərin dövlət nömrə nişanlarında defis işarəsinin təmin edilməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə verdiyi bir aylıq müddət başa çatıb. Lakin araşdırmalar zamanı məlum olub ki, hələ də defis problemini aradan qaldırmayan xeyli sürücü var. Bu azmış kimi, bəzi sürücülər arasında yayılan şaiyə əməlli-başlı gərginlik yaradıb. Belə ki, son günlər sürücülər arasında avtomobilin dövlət nömrə nişanının tez bir zamanda dəyişdirilməsinin vacibliyi barədə xəbərlər yayılıb. Bununla bağlı Avtosfer.az-a da çoxsaylı suallar ünvanlanır. Bildirilir ki, guya Baş Dövlət Yol Polisi İdarəsi üzərində cip olmayan, eyni zamanda, bayrağı dalğalı vəziyyətdə olan nömrələrin dəyişdirilməsi, əks halda belə sürücülərin cərimə ediləcəyi barədə göstəriş verib. Lakin Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, cip-i olmayan və ya bayrağı dalğalı olan nömrəyə görə kiminsə cərimə ediləcəyi barədə heç bir göstəriş verilməyib: “Nömrələrlə bağlı konkret olaraq bir müddət əvvəl açıqlama verildi və orada da qeyd olundu ki, yalnız standartların tələblərinə cavab verməyən, xüsusilə defis simvollarının üstü ağardılmış hissələr xüsusi boyalarla rənglənməklə nöqsanlar aradan qaldırılsın. Amma cip dediyimiz elektron daşıyıcının olmaması standartın pozulması halı kimi qiymətləndirilmir. Biz bununla bağlı da dəfələrlə məlumat vermişik ki, kiminsə dövlət qeydiyyat nişanı tam standarta uyğundursa, vacib deyil elektron daşıyıcı var, ya yox, cipi olmayanlar da standarta uyğundur. Sadəcə nə vaxtsa nömrəsini dəyişsə, o halda ona yeni elektron daşıyıcılı nömrə veriləcək. Yaxud, kimsə öz istəyi ilə nömrəni dəyişmək istəyirsə - solub, yararsız hala düşüb, artıq bərpası mümkün deyil - ola bilər kimdəsə nömrənin müəyyən hissəsi qopub, ya harasısa əzilib, başqa boya ilə işıqqaytarıcı hissəyə ağ boya vurub, o halda dəyişə bilər. Amma konkret olaraq çipə və ya bayrağın formasına görə nömrənin dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Kimin nömrəsi standarta uyğundursa, normaldırsa, işıqqaytarıcısı yerindədirsə, əziyi, pozuntusu yoxdursa, bunları dəyişməyə ehtiyac yoxdur.

Biz yalnız ağardılmış defislərin üzərinə xüsusi qara boya çəkib standarta uyğunlaşdırmağa görə xəbərdarlıq etmişik. Lakin bir neçə gündür sürücülər kütləvi şəkildə bizim qeydiyyat idarələrinə axın edirlər və nömrəni dəyişmək istəyirlər. Artıq böyük nömrələr yaranıb. Amma biz bir daha deyirik ki, cip və bayrağa görə nömrə dəyişməyə ehtiyac yoxdur. Sürücülərin bəziləri bizə müraciət edərək bildirir ki, məni yol polisi saxlayıb xəbərdadlıq etdi və dedi ki, noyabrın 13-dən nömrədə bayraq dalğalı olsa və cip olmasa cərimə yazacağıq. Mən də soruşuram ki, hansı yol polisi əməkdaşı deyib, harada deyib? Bu suala heç kim dəqiq cavab verməyib ki, biz də araşdıraq görək axı hansı əməkdaş nə məqsədlə sürücülərə yalan xəbər verir. Əgər kimdə belə dəqiq məlumat varsa, konkret hansı yol polisi əməkdaşının belə bir söz dediyini göstərə bilərsə o zaman Dövlət Yol Polisi İdarəsinin 902 qaynar xəttinə zəng edib məlumat versin. Biz araşdırıb tədbir görəcəyik”.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

imran 15 Noyabr 2017 08:07
salam menim masinimin nomresinin biri itib nece ala bilerem bilen varmi masini coxdan almisam mulku daverniske mendedi
edik 13 Noyabr 2017 19:32
Sagolun Kamran muellim meni salyanda posta qayi saxladi ki normenin cipi yoxdu atiram cerme meydancasina cerme yaziram menim de mawinimda uwaq var idi hekime gedirdik ona gore buraxdi ve hedeledi ki get bir de bele olsa atacam cerme meydancasina. indi pulum yoxdu diye 1 aydi mawini surmurem buna gore. ne yaxwi ki dediz indi rahat sure bilerem. hemin emekdawa da bawa salacam ki sen meni bu soze gore gozum cixdiya salmiwdin. twk kamran muellim.