Abşeron DYP reyd keçirdi; 20 sürücüdən 6-sı cərimələndi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən «Təmiz hava» aylığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirdə sürücülərə atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınması ilə əlaqədar ölkə üzrə yoxlamaların keçirilməsi barədə məlumat verilib.
“VAZ” dairəsi yaxınlığında tədbir zamanı saxlanılan sürücülərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etmək tövsiyə olunub.
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, aparılan yoxlamalara oktyabrın 20-si başlanılıb və noyabrın 20-nə qədər davam edəcək:

“Tədbirin keçirilməsindəki əsas məqsəd, avtomobillərdən atılan zərərli maddələrin ətraf mühitə və insan sağlamlığına vurduğu ziyanın qarşısının alınmasıdır. Nəqliyyat vasitələrindən havaya buraxılan bu qazlar ekologiyaya və ətraf mühitə, eləcə də insan sağlamlığına ciddi ziyan vurur. Qeyd edim ki, atmosferə atılan zəhərli qazların 88%-ə qədəri nəqliyyat vasitələrinin payına düşür. Hər bir avtomobil sürücüsü idarə etdiyi nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığına diqqət etməlidir. Mühərrik və yanacaq sistemi tam işlək vəziyyətdə olmalıdır. Eləcə də sərnişin və yükdaşıma xidməti ilə məşğul olan hüquqi və fiziki şəxslər də idarə etdikləri avtomobilin mühərrik və yanacaq sisteminin saz vəziyyətdə saxlamalıdır”.
Tədbirdə Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının yoxlama məqsədilə saxladıqları nəqliyyat vasitələrinin bəzilərindən atmosferə atılan qazların miqdarı yüksək olduğu üçün sürücülər cərimə edilib.
Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis kapitanı Pərviz Allahverdiyev müsahibəsində deyib ki, tədbir zamanı 20-yə ayxın avtomobil saxlanılıb, onlardan 6-na inzibati protokol tərtib olunub:

“Aparılan yoxlamalar nəticəsində atmosferə atılan qazların miqdarı az artıq olan nəqliyyat vasitələrinin idarəçilərinə xəbərdarlıq edildi. Bir neçə avtomobildə isə tam sazlıq müşahidə edildiyi üçün təşəkkür etdik. Sürücülərdən xahişimiz odur ki, vaxtında nəqliyyat vasitələrini müayinədən keçirsinlər”.
Qeyd edək ki, nasaz şəkildə nəqliyyat vasitəsini idarə edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, 50 manat məbləğində cərimə edilir.
Səfər
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR












