Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO

Qazaxıstanın Kostanay şəhərində “Yol hərəkəti təhlükəsizliyində uşaqların bilik və praktiki bacarıqlarının formalaşdırılması” mövzusunda elmi-praktik konfrans və “Gənc yol hərəkəti inspektorları” adlı beynəlxalq toplantı keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rüfət Quliyev, İctimaiyyətlə əlaqə bölməsinin rəisi Elvin Hacıyev, eləcə də Bakı şəhəri Xətai rayonundakı 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın rəhbərlik etdiyi şagirdlərdən ibarət komanda ölkəmizi təmsil edib.
İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin qatıldığı elmi-praktik konfransda yol hərəkəti iştirakçılarının, xüsusilə uşaqların yol hərəkəti təhlükəsizliyi ilə bağlı bilik və praktiki bacarıqlarının formalaşdırılması məsələləri müzakirə olunub.
Tədbirdə bu sahədə tədris və maarifləndirmə metodlarının təkmilləşdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, ölkələrarası əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Konfrans çərçivəsində, həmçinin müxtəlif ölkələrdə uşaqlar və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşdırılması, onların təhlükəsiz davranış vərdişlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihə və təşəbbüslər barədə təqdimatlar və müzakirələr keçirilib.
Eltac
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
















