Sosial şəbəkədə baxış xətrinə başqalarının həyatını təhlükəyə atırlar – DYP-dən XƏBƏRDARLIQ – VİDEO

Sosial şəbəkələrdə yol hərəkəti qaydalarının pozulmasını əks etdirən videoların geniş yayılması və çoxsaylı baxış toplaması cəmiyyətdə yanlış davranışların təşviqinə səbəb ola bilər. Belə görüntüləri izləyən bəzi şəxslər həmin hərəkətləri təkrarlamağa meyil göstərirlər.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev “İctimai” TV-nin efirində bu cür videoların mənfi təsirlərindən danışıb.
O bildirib ki, bəzən sosial şəbəkələrdə qayda pozuntusunu əks etdirən görüntülər paylaşılır, həmin videolar həddindən artıq baxış sayı toplayır və nəticədə digər şəxslərdə də bu hərəkətləri təkrarlamaq istəyi yarana bilir.
“Ancaq hər kəs düşünməlidir ki, bu videonu çəkməklə siz kiminsə övladını yanlış istiqamətə çəkirsiz və sonda onun ölümünə səbəb ola bilərsiniz.
Bilirsiniz, orda şərhləri də oxuyanda təəssüflə qeyd eləməliyəm ki, bəzən elə şərhlər yazırlar ki, deməli, o qayda pozuntusu törədənə müəyyən bir haqq qazandırmağa çalışırlar. O nədir? "Bacarır, yaxşı eləyir". Bu ifadələri necə işlətmək olar? Bunlar yanlış istiqamət verirlər və cəmiyyətdə yanlış fikir formalaşdırırlar.
Bir daha bütün hər kəsdən xahiş eləmək istərdim ki, bu növ videolara müəyyən bir iradımızı bildirək, ən azından şərh, bir ictimai qınağı formalaşdıraq ki, insanlar çəkinsinlər bu əməldən. Çünki bu əməllərin sonunda insanlar öz həyatını itirir”, – deyə Rövşən Tağıyev bildirib.
Eltac Zülfüqaroğlu
Sükan arxasında yuxulayan sürücü potensial təhlükədir - DYP
Yol polisindən küləkli hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
“Yol səhvləri bağışlamır” – DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Sosial şəbəkədə canlı açaraq qəzaya düşənlərə DYP-dən ÇAĞIRIŞ - VİDEO
DYP həftə sonu səfərə hazırlaşan sürücülərə MÜRACİƏT ETDİ
Qəza zamanı bu qaydalara əməl edin - DYP-dən sürücülərə ÇAĞIRIŞ - FOTO
Bu yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
“Yolda bir neçə saniyə gözləmək bir insanın həyatını xilas edə bilər” - DYP - VİDEO
Yol polisi təhlükəli ərazidə əlil vətəndaşa belə kömək etdi - VİDEO
Paytaxtda bəzi yollar bağlanacaq - SƏBƏB
Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlidən alındı, HƏBS EDİLDİ












