Bu qaydanı pozanları yol polisi cərimələyə bilməz - Amma 200 manat...

Sosial şəbəkələrdə YPX əməkdaşının sürücünü avtomobilin içindəki itə görə saxlayıb cərimələdiyi ilə bağlı görüntülər yayılıb. Nazirlər Kabinetinin qərarına görə, itləri cilovda, iri cins itləri isə həm cilovda, həm də buruntaqda olmaqla ictimai yerlərdə daşımaq olar.
Bəs sürücü avtomobilin içindəki itə görə cərimələnə bilər?
Mövzu ilə əlaqədar nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında bildirib ki, qanunda heyvanların nəqliyyat vasitələrində daşınma qaydaları müəyyənləşdirilib və sürücülər heyvanları, əşyaları, yükləri və sərnişinləri avtomobildə daşıyarkən bir çox qaydalara əməl etməlidirlər:
“Sürücü heyvanı hər hansı bir varlıq formasında nəqliyyat vasitəsində daşıyırsa, təhlükəsizliyi təmin etməlidir. Yəni itin, pişiyin və ya hər hansı bir heyvanın maşında açıq buraxırsansa, təbii ki, bu sürücü üçün risk yarada bilər. Dilsiz, ağılsız heyvandır, sürücünün qucağına qaçır, pəncərə açıq olanda qəflətən özünü yola atır. Yaxud balaca pişiklər, balaca itlərlər var ki, əl boydadır və sürücünün ayaqlarının arasına, əyləc pedalının, qaz pedalının altına keçir. Sürücü qazı basa bilmir, tormuzu sıxa bilmir. Bu cür təhlükələr olub”.
Ekspert vurğulayıb ki, bu qaydanı pozan insanlar cərimələnə bilər, amma yol polisi tərəfindən cərimələnə bilməz:
“Yol polisi sadəcə sürücüyə xəbərdarlıq edə bilər, yəni bu qayda pozuntusudur və yaxud yol polisi həmin sürücünü saxlasa, sahə müvəkkilinə, ya da Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına məlumat verməlidir. Onlar tədbir görə bilər. Məsələn, Azərbaycanda bir neçə dəfə olub ki, iti maşının arxasına bağlayıb sürüyüblər və sosial şəbəkələrdə bu məsələlər yayılıb. Necə ki həmin sürücüləri tutub 200 manat cərimə ediblər, bu da eynidir. Videosu yayılan sürücü yol polisi ilə kobud danışır, yol polisi isə orada fikrini düzgün izah edə bilmir, amma bildirdiyi irad haqlıdır, heç cərimə də yazmır. Amma Yol hərəkəti haqqında qanunda, İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəllədə bu məsələ öz əksini tapıb”.
(metbuat.az)
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












